11:51 08-06-2020
news_image
303
FUTBOL

Qeyeni göndərdi - “Qarabağ”

“Qarabağ”ın mövsüm başa çatmamış yollarını ayırdığı ilk futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu hücumçu Maqaye Qeye ilə vidalaşdığını açıqlayıb.

Fransalı hücumçunun müqavilə müddəti gələn ilin yayına qədər olsa da, onunla sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 30 yaşlı forvard koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın qalan matçlarında iştirak etməyəcək.

Qeyd edək ki, “Qarabağ”a ötən il “Osmanlıspor”dan keçən Maqaye Qeye iştirak etdiyi 28 oyunda 8 qol vurub.