12:17 08-06-2020
news_image
194
FUTBOL

"Keşlə" ilə oyununun vaxtı dəyişdirildi - “Neftçi”nin

“Neftçi”nin “Keşlə” ilə yoxlama görüşünün vaxtı dəyişdirilib.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, "ağ-qaralar”ın hazırlıq çərçivəsində "Keşlə” ilə iyunun 9-da keçirməsi planlaşdırılan yoxlama matçı bir gün sonraya təxirə salınıb. Qarşılaşma ayın 10-da saat 18:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu yaşayış yerini tərk etmək qadağasına görə istirahət etmək məcburiyyətində qalan “Neftçi” bu gün axşam məşqləri bərpa edəcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın iyunun 21-də bərpası planlaşdırılır.