12:53 08-06-2020
news_image
152
FUTBOL

Ən çox pul xərcləyən klublar – Premyer Liqada

İngiltərə Premyer Liqa klublarının son 5 ildəki ümumi xərcləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu müddət ərzində ən çox ödəniş edən komanda “Mançester Siti” olub.

“Şəhərlilər” 5 ildə büdcələrindən 600 milyon funt-sterlinqdən çox çıxarıblar. Siyahıda ikinci yeri Mançester şəhərinin digər təmsilçisi “Mançester Yunayted” tutur.

Cari mövsüm çempionluğa yaxın olan “Liverpul” sıralamada 14-cü pillədə qərarlaşıb. “Qırmızılar”ın 5 illik xərci 107,5 milyon funt-sterlinqdir. Həmçinin “Çelsi” və “Tottenhem” də bu illər ərzində bədxərclik etməyib.

1. “Mançester Siti” – 601,9 milyon funt-sterlinq
2. “Mançester Yunayted” – 484,8 milyon
3. “Arsenal” – 267,8 milyon
4. “Everton” – 225,4 milyon
5. “Brayton” – 214,8 milyon
6. “Vulverhempton” – 176,9 milyon
7. “Vest Hem” – 187,4 milyon
8. “Bornmut” – 176,9 milyon
9. “Aston Villa” – 166,6 milyon
10. “Uotford” – 125,6 milyon
11. “Lester” – 124,8 milyon
12. “Nyukasl” – 122,9 milyon
13. “Çelsi” – 115,5 milyon
14. “Liverpul” – 107,5 milyon
15. “Tottenhem” – 106,6 milyon
16. “Kristal Pelas” – 75,6 milyon
17. “Bernli” – 59,4 milyon
18. “Şeffild Yunayted” – 56,7 milyon
19. “Sauthempton” – 22,3 milyon
20. “Norviç” – 25,4 milyon