15:19 08-06-2020
news_image
180
FUTBOL

“Qarabağ”da yenidən futboldan həzz aldım” - Asmir Beqoviç

“Qarabağ”da oynamağım mənim üçün yaxşı təcrübə oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovina millisinin qapıçısı Asmir Beqoviç deyib.

Hazırda icarə əsasında “Milan”ın formasını geyinən və müqavilə ilə “Bornmut”a məxsus olan 33 yaşlı qolkiper Britaniya mətbuatına danışıb. Beqoviç cari mövsümün ilk yarısını icarə əsasında keçirdiyi “Qarabağ” barədə də fikir bildirib.

Təcrübəli dəri əlcək sahibi Azərbaycanla bağlı xoş xatirələrinin olduğunu söyləyib: “Mənə “Qarabağ”da oynamaq fürsəti verildi və düşündüm ki, niyə də olmasın? Avropa Liqasında yaxşı təcrübə topladım. Bakı böyük şəhərdir, ölkənin gözəl mədəniyyəti var. Orada özümə dostlar qazandım. Ən əsası, “Qarabağ”da yenidən futbola döndüm, bu idman növündən həzz aldım”.

Qeyd edək ki, Asmir Beqoviç mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında 10 matçda meydana çıxıb, qapısından 5 qol buraxıb.