15:38 08-06-2020
news_image
117
FUTBOL

“Ayaks”a 2 təklif – klub rəsmisi təsdiqlədi

“Ayaks” yarımmüdafiəçisi Donni van de Beklə bağlı bir neçə klubdan təklif alıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Niderland klubunun icraçı direktoru Edvin van der Sar verib.

Sabiq qapıçı “Real” və “Mançester Yunayted”dən 23 yaşlı orta sahə oyunçusu ilə bağlı təklif aldıqlarını təsdiqləyib. Van de Bekin əla performans ortaya qoyduğunu deyən van der Sar onunla maraqlanan klubların olmasını normal qarşılayıb.

Qeyd edək ki, 2016-cı ildən “Ayaks”ın formasını geyinən Donni van de Bek cari mövsüm 37 oyunda iştirak edib, 10 qol, 11 assistlə yadda qalıb.