16:49 08-06-2020
news_image
87
FUTBOL

“Zirə” – “Səbail” matçının vaxtı bilindi

İki günlük fasilədən sonra yenidən məşqlərə başlayan “Zirə”nin Premyer Liqanın bərpası öncəsi ilk yoxlama görüşünün vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, qəsəbə təmsilçisi iyunun 10-da “Səbail”lə üz-üzə gələcək.

Paytaxt klubları arasında qarşılaşma həmin gün Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matçın start fiti 18:00-da səslənəcək. İyunun 14-də “Zirə” ikinci yoxlama görüşündə “Sabah”la, “Səbail” isə “Qarabağ”la üz-üzə gəlməyi planlaşdırır.

Qeyd edək ki, XX turdan sonra - martın 13-də dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunması nəzərdə tutulub.