17:23 08-06-2020
news_image
241
FUTBOL

"Neftçi”də ayrılıq - direktor yola salındı

“Neftçi” Futbol Akademiyasında ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilib ki, müqavilə müddəti başa çatan akademiyanın direktoru Mik Benetlə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb. 

Klub prezidenti Kamran Quliyev ingiltərəli mütəxəssislə görüşərək, xidmətlərinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Mik Benet 2018-ci ildən “Neftçi”də fəaliyyət göstərib.