22:11 08-06-2020
news_image
276
FUTBOL

“Gələcəkdə ən yaxşısını arzulayıram, "Qarabağ" - Qeye vidalaşdı

Mövsüm başa çatmamış "Qarabağ"la yollarını ayıran Maqaye Qeye Ağdam klubu ilə sağollaşıb.

Apasport.az saytının məlumatına görə, fransalı forvard instaqram səhifəsi vasitəsilə vida mesajı yayıb.

"Qarabağ"ın heyətində kollektiv formada qol sevinci yaşadıqları şəkli paylaşan 30 yaşlı futbolçu mesajında "Hər şey üçün təşəkkür edirəm. Gələcəkdə ən yaxşısını arzulayıram, "Qarabağ", - yazıb.

Qeyd edək ki, "Qarabağ"a ötən il "Osmanlıspor"dan keçən Maqaye Qeyenin bu gün müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib.