22:43 08-06-2020
news_image
217
FUTBOL

Messi ilə danışıqlar başladı - 50 milyon avro...

"Barselona" rəhbərliyi ilə kapitanı Lionel Messi arasında yeni müqavilə ilə bağlı danışıqlara start verilib.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu argentinalı superulduza yeni 2 illik sözləşmə təklif edib.

La Liqa təmsilçisinin 2023-cü ilin yayına qədər nəzərdə tutduğu anlaşmaya qol çəkəcəyi təqdirdə, Leonun illik maaşı 50 milyon avro təşkil edəcək. 32 yaşlı futbolçu özü də karyerasını hazırkı klubunda bitirmək niyyətindədir. Onun menecerliyini edən atası Xorxe Messi gələn həftə "Barsa" rəhbərliyi ilə görüşəcək.

Qeyd edək ki, Lionel Messi cari mövsüm 31 oyunda iştirak edib, 24 qol vurub, 16 məhsuldar ötürmə verib.