23:14 08-06-2020
news_image
197
FUTBOL

PSJ qərarını verdi - kapitan barədə

PSJ kapitanı Tiaqo Silva ilə yollarını ayıracaq.

Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi 35 yaşlı müdafiəçi ilə iyunun sonunda başa çatacaq müqavilə müddətini artırmaq fikrində deyil.

Klubun idman direktoru Leonardo braziliyalı ilə görüşərək, onun xidmətində maraqlı olmadıqları barədə məlumatlandırıb. Silva bir neçə Braziliya klubu ilə yanaşı, "Everton"un da diqqət mərkəzindədir.

Qeyd edək ki, Tiaqo Silva 2012-ci ildən PSJ-nin formasını geyinir.