12:04 09-06-2020
news_image
155
FUTBOL

İlk baş məşqçi istefası – bərpadan sonra

Koronavirus pandemiyası səbəbindən dayandırılan Almaniya Bundesliqasının bərpasından sonra ilk baş məşqçi ayrılığı yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Hoffenhaym” çalışdırıcısı Alfred Şroyderlə vidalaşıb.

Klub rəsmi saytı vasitəsilə 47 yaşlı mütəxəssisin istefa verdiyini açıqlayıb. Onunla müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Cari mövsümün əvvəlində “Hoffenhaym”ın sükanı arxasına keçən niderlandlı çalışdırıcının Bundesliqanın bərpasından sonra uğurlu nəticələrə baxmayaraq, ayrılması gözlənilməz olub.

Qeyd edək ki, “Hoffenhaym” 30 turdan sonra 43 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.