13:18 09-06-2020
news_image
148
FUTBOL

“Mövsümü bitirmək barədə düşünmək lazımdır” – Aftandil Hacıyev

“Məşqə başladığımız ilk günlərdə çempionatın bərpasına ümidimiz daha çox idi”.

Bunu apasport.az saytına “Səbail”in baş məşqçisi Aftandil Hacıyev deyib.

Şənbə və bazar günlərini tətbiq edilən ən sərt karantin rejimi səbəbindən məşq etmədən keçirmələrinə münasibət bildirən gənc mütəxəssis bu qadağaların davamlı olmasından narahatdır.

Hacıyevin fikrincə, belə davam edərsə, Premyer Liqanın bərpası qeyri-mümkün olacaq: “Həftəsonu məşq etməmək qadağası davamlı olacaqsa, mövsümü bitirmək barədə düşünmək lazımdır. Cəmi bir həftədir hazırlığı bərpa etmişik, artıq 4 futbolçumuz mikrozədəyə görə məşqi buraxıb. Bu da vəziyyətin necə çətin olduğundan xəbər verir. Həftəsonları məşq icazəsi olmasa, balans pozulacaq. Hətta hər hansı bir qadağa olmasa belə, çətinliklər yaranacaq. Çünki iki ay yarımlıq fasilə bizə çox problem törətdi. Bundan sonra da törətməkdə davam edəcək”.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən XX turdan sonra - martın 13-də dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpası planlaşdırılır. “Səbail” hazırda 20 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.