13:59 09-06-2020
news_image
370
FUTBOL

“Neftçi” və “Qarabağ”ın futbolçusunun icarə müddəti uzadıldı

“Səbail” müqavilə müddəti iyunun sonuna qədər olan futbolçularla danışıqları davam etdirir.

Apasport.az saytının məlumatına görə, Bakı klubu sözləşməsi başa çatanların çoxu ilə artıq razılıq əldə edib.

Baş məşqçi Aftandil Hacıyev əməkdaşımızla söhbətində danışıqları bitirmək üzrə olduqlarını və yaxın 1-2 gündə hər şeyin dəqiqləşəcəyini vurğulayıb: “Komandadan getmək istəyən yoxdur. Hamı məşqdə iştirak edir. Böyük ehtimalla bütün futbolçular mövsümün sonuna qədər komandada qalacaq”.

Hacıyev komandada icarə əsasında çıxış edən yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Ruslan Hacıyevin durumunun müəyyənləşdiyini deyib. Müvafiq olaraq, “Neftçi” və “Qarabağ”a məxsus olan Fəhminlə Ruslanın icarə müddəti uzadılıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqada 20 turdan sonra “Səbail” 20 xalla 7-ci pillədə qərarlaşır. Ölkə çempionatının iyunun 21-də bərpası nəzərdə tutulub.