15:16 09-06-2020
news_image
118
FUTBOL

“Yuventus”un təklifini təsdiqlədi – ulduz futbolçu

“Atletiko”nun müdafiəçisi Stefan Saviç İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu “Yuventus”un diqqət mərkəzinə düşüb.

Xəbəri Monteneqro millisinin üzvü özü də təsdiqləyib. Mərkəz müdafiəçisi Turin klubunun onun meneceri ilə təmasa keçdiyini söyləyib. Lakin Saviç özü Madrid klubunda qalmaq niyyətindədir. O, ən azı daha bir il “Atletiko”nun formasını geyinməkdə maraqlıdır. 
Qeyd edək ki, “Atletiko” ilə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Stefan Saviç cari mövsüm 19 oyun keçirib, 1 qola imza atıb.