16:01 09-06-2020
news_image
477
FUTBOL

“Qarabağ” 98,9, “Neftçi” – 1,1 faiz – digərləri 0

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün yekunu ilə bağlı təxmini cədvəl müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ölkə çempionatları barədə araşdırma aparan statistika şirkəti Premyer Liqanın idman prinsipləri ilə başa çatdırılacağı təqdirdə “Qarabağ”ın çempion olacağını proqnozlaşdırıb.

Bildirilib ki, koronavirus pandemiyası səbəbindən dayandırılan çempionatın son 8 turu keçirilsə belə, “Qarabağ”ın qızıl medalları qazanacağına şübhə yoxdur. Ağdam klubunun çempionluq şansı 98,9 faiz nisbətində göstərilib. İlk 20 turdakı statistikaya əsasən, Qurban Qurbanovun yetirmələrinin mövsümü 64 xalla bitirəcəyi hesablanıb.

İkinci pillədə qərarlaşan “Neftçi”də çempionluq ehtimalı 1,1 faizdir. Çempionatın digər iştirakçılarına isə heç bir şans verilməyib. Statistiklər turnir cədvəlinin ilk “3-lüy”ündə heç bir dəyişikliyin olmayacağını proqnozlaşdırıb.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən XX turdan sonra - martın 13-də dayandırılan Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpası planlaşdırılır.