17:03 09-06-2020
news_image
116
FUTBOL

Bazaya buraxılmadı – Balotelli

“Breşiya”nın hücumçusu Mario Balotelli klubun bazasına buraxılmayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb klub rəhbərliyinin onun xidmətində maraqlı olmamasıdır.

İtaliya millisinin sabiq forvardı məşq üçün bazaya yollansa da, içəri daxil olmasına icazə verilməyib. 30 yaşlı oyunçu da əsəbi şəkildə avtomobilinə əyləşərək oranı tərk edib.

Qeyd edək ki, “Breşiya” rəhbərliyi Balotelli ilə müqaviləyə xitam vermək istədiklərini açıqlayıb.