23:42 09-06-2020
news_image
141
FUTBOL

Rebrova tapşırılır - "Fənərbaxça"

Cari mövsümün son 8 turu üçün Tahir Karapınarla anlaşan "Fənərbaxça" 2020/21 mövsümü ilə bağlı baş məşqçi axtarışını davam etdirir.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisi artıq yeni çalışdırıcısını müəyyənləşdirib.

Hazırda "Ferensvaroş"un sükanı arxasında olan Sergey Rebrov mövsümün sonunda Super Liqa klubu ilə müqavilə bağlamağa razılıq verib. 45 yaşlı mütəxəssisin illik məvacibinin 1,2 milyon avro olacağı bildirilir.

Qeyd edək ki, Sergey Rebrov 2002-2004-cü illərdə icarə əsasında "Fənərbaxça"nın formasını geyinib.