09:06 10-06-2020
news_image
110
FUTBOL

Futbolçular aclıq aksiyasına başladı – maaşı ala bilmədikləri üçün

Serbiyanın “Borats” klubunun futbolçuları aclıq aksiyasına başlayıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb maaşlarını ala bilməmələridir.

25-ə yaxın oyunçu etirazlarını aksiya ilə edirlər. Onları bu addımı atmağa vadar edən əsas səbəb klub sahibinin “Borats”ın fəaliyyətini dayandırması və digər yerli klub olan “Borats 1926”nı almasıdır. Maraqlısı burasındadır ki, yeni klub eyni stadionda çıxış edəcək və məşqçilər korpusu da eynidir. Ancaq onlar futbolçuların maaşını ödəməkdən imtina edirlər. Bunu qəbul edə bilməyən oyunçular gecəni şəhərin icra hakimiyyətinin binası önündə keçiriblər.

Məsələ ilə bağlı açıqlama verən “Mançester Yunayted”in serbiyalı yarımmüdafiəçisi Nemanya Matiç futbolçuları dəstəklədiyini bildirib.