21:52 10-06-2020
news_image
196
FUTBOL

Sumqayıtda 4 qol vuruldu, qalib müəyyənləşmədi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının bərpasına hazırlaşan “Qəbələ” və “Sumqayıt” martdan bəri bu gün ilk dəfə oyuna çıxıblar.

Apasport.az saytının məlumatına görə, əyalət komandası ilə “gənclik şəhəri” təmsilçisi yoxlama görüşündə üz-üzə gəlib.

Rəqibindən fərqli ötən həftəsonu doğma arenasında məşqlərini davam etdirən “Qəbələ” “Kapital Bank Arena”da “Sumqayıt”ın qonağı olub. Bununla da komandalar uzun fasiləyə son qoyublar. Ev sahibləri erkən qolla hesabı açsalar da, bu üstünlüyü qoruya bilməyiblər. İlk hissənin sonlarında status-kvonu bərpa edən "Qəbələ" fasilədən sonra önə keçib. Lakin sabiq "Qəbələ"li Amil Yunanov "kimyaçılar"ı məğlubiyyətdən xilas edib - 2:2.

Qeyd edək ki, “Sumqayıt”ın iyunun 14-də “Keşlə” ilə, “Qəbələ”nin isə “Neftçi” ilə yoxlama görüşü planlaşdırılır. Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa edilməsi qərara alınıb.
 

Yoxlama görüşü
10 iyun
20:00. “Sumqayıt” - “Qəbələ” - 2:2
Qollar:
Elvin Cəfərquliyev, 8; Amil Yunanov, 73 - Roman Hüseynov, 43; Nikolas Raysell, 60 (pen.)
“Kapital Bank Arena”