20:11 10-06-2020
news_image
203
FUTBOL

"Zirə" - "Səbail" matçında qollu bərabərlik - YENİLƏNİB

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün son 8 turuna hazırlaşan “Zirə” və “Səbail” bu gün yoxlama görüşündə üz-üzə gəlib.

Apasport.az saytının məlumatına görə, Bakı klubları bununla koronavirus pandemiyası səbəbindən yaranmış 3 aylıq “istirahət”ə son qoyub.

Zirə İdman Kompleksinin meydançasında baş tutan qəsəbə təmsilçilərinin duelinə zirəlilər fəal başlayıblar. Komanda erkən qolla hesabı açmasına baxmayaraq, rəqib fasiləyə qədər bərabərlik topunu vurub. Hətta ikinci hissənin əvvəlində "Səbail" önə də keçib. Lakin sona 20 dəqiqə qalmış zirəlilər status-kvonu bərpa ediblər - 2:2. 

Qeyd edək ki, ikinci yoxlama görüşü çərçivəsində iyunun 14-də “Zirə” “Sabah”la, “Səbail” isə “Qarabağ”la qarşılaşmağı planlaşdırır.

Yoxlama görüşü
10 iyun
18:00. “Zirə” - “Səbail” - 2:2

Qollar: Ağabala Ramazanov, 16; Mfo Kqasvane, 70 - Maykl Essyen, 30; Turan Manafov, 49
Zirə İdman Kompleksinin meydançası