13:43 10-06-2020
news_image
309
FUTBOL

“Barselona”nın iyulun 7-nə qədər vaxtı var” – “İnter” rəsmisi

“İnter”in hücumçusu Lautaro Martinesin hazırkı şərtlərlə transferi üçün “Barselona”nın iyulun 7-nə qədər vaxtı var.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun idman direktoru Cüzeppe Marotta deyib.

Klub rəsmisi bildirib ki, argentinalı futbolçunun həmin tarixə qədər müqaviləsində nəzərdə tutulan kompensasiya ilə ayrılmaq imkanı var: “Martinesin müqaviləsində 7 iyulda başa çatacaq bir kompensasiya maddəsi var. Bu müddətdən əvvəl “Barselona”dan təklif gözləyirik. Ondan sonra oyunçu ilə masa arxasında əyləşib söhbət edəcəyik”.

Qeyd edək ki, “İnter”lə müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Lautaro Martinesin sərbəst qalma məbləği 111 milyon avrodur.