15:54 10-06-2020
news_image
516
FUTBOL

“Medina ilə o vaxtdan razılıq əldə olunub” – Qurban Qurbanov

Portuqaliyanın "Çaves" klubunun futbolçusu Kevin Medinanın “Qarabağ”a transferi rəsmiləşmək üzrədir.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Təcrübəli mütəxəssis “CBC Sport” kanalına açıqlamasında kolumbiyalı mərkəz müdafiəçisinin keçidini həll etdiklərini söyləyib: “Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunub. Demək olar ki, bu iş tamamlanıb”.

Qeyd edək ki, 27 yaşlı Kevin Medina cari mövsüm “Çaves”in heyətində ümumilikdə 22 oyunda iştirak edib, 1 qola imza atıb. Medinanın passivində həmçinin 3 sarı, 1 qırmızı vərəqə var.