23:07 10-06-2020
news_image
454
FUTBOL

Avrokuboklarla bağlı açıqlama - UEFA-dan

UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarının yerinin dəyişdirilməsi ilə bağlı gəzən söz-söhbətə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu rəsmi açıqlamasında bildirib ki, nə bu, nə də turnirlərin hansı sistem üzrə və nə vaxt bərpa olunması barədə qərar verilib: "Cari mövsümü başa çatdırmağa imkan verən təqvim qərarlarını və format seçimlərini dəqiqləşdirmək üçün liqalar və klubların nümayəndələrinin iştirakı ilə İşçi Qrupu yaradılıb. Hazırda müxtəlif variantlar nəzərdən keçirilir. Bu mərhələdə heç bir qərar verilməyib".

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının final görüşlərinin müvafiq olaraq İstanbul və Qdanskdan alınması iddia edilib. Avrokubokların 2019/20, 2020/21 mövsümü, eyni zamanda Millətlər Liqası, DÇ-2022-nin seçmə mərhələsi və AVRO-2020-nin taleyi iyunun 17-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin videokonfransında müzakirəyə çıxarılacaq.