09:08 11-06-2020
news_image
167
FUTBOL

“Almaniya ilə oyun böyük məyusluq idi” – millimizin sabiq futbolçusu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Bilal Sezer Almaniya mətbuatına karyerası haqda danışıb.

Apasport.az saytının məlumatına görə, bu ilin yanvarında aşağı liqa təmsilçisi “Bomberq” klubu ilə anlaşaraq il yarımlıq futbolsuzluq həsrətinə son qoyan yarımmüdafiəçi yığmamızdakı çıxışına da münasibət bildirib.

U-21 millimizin sabiq üzvü yığma seçiminə də çox qısa toxunub. Bilal 2015-ci ildə Avropa çempionatının seçmə mərhələsində yığmanın heyətində Avstriyaya qarşı (0:2) 90 dəqiqə oynayıb, ardından Almaniya ilə (0:3) görüşdə ehtiyatda oturmasını xatırladıb və məyusluğunu ifadə edib: “Bu, böyük məyusluq idi, məni kədərləndirdi. Buna baxmayaraq, milli komanda çox yaxşı təcrübə oldu”.

Qeyd edək ki, Mönhenqladbax “Borussiya”sının yetirməsi olan 26 yaşlı oyunçu karyerası ərzində yalnız Almaniyanın aşağı liqalarında çıxış edib.