12:17 11-06-2020
news_image
167
FUTBOL

FİFA reytinqində yerini qorudu - Azərbaycan millisi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son cədvəllə müqayisədə siyahıda heç bir dəyişiklik olmayıb.

Bu da hesabat dövründə hansısa matçın keçirilməsi ilə bağlıdır. Koronavirus pandemiyası üzündən milli komandalar arasında görüş olmadığından, yığmalar əvvəlki yerlərində qalıblar.

Azərbaycan millisinin də əmsalı və mövqeyi dəyişməyib. Millimiz aprelin 9-da olduğu kimi, yenə dünyanın 114-cü komandasıdır. Yığmamızın aktivində 1177 xal var.

Qeyd edək ki, cədvəlin ilk üç pilləsində Belçika (1765), Fransa (1733) və Braziliya (1712) yığmaları yer alıb. Qonşu Türkiyə 1494 xalla 29-cudur.