14:12 11-06-2020
news_image
242
FUTBOL

“Qarabağ”dan dəyişiklik

“Sabah” - “Zirə” və “Qarabağ” – “Səbail” oyunlarının vaxtı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, adıçəkilən yoxlama görüşləri öncədən planlaşdırıldığı kimi, iyunun 14-də üz-üzə gələ bilməyəcəklər.

Buna səbəb Nazirlər Kabineti yanında Operativ Qərargahın ayın 14-15-də ən sərt karantin rejimini tətbiq etməsidir. Bu üzdən “Sabah” – “Zirə” və “Qarabağ” – “Səbail” qarşılaşmaları bir gün əvvələ - iyunun 13-nə salınıb. Paytaxt klublarının dueli saat 19:00-da “Bank Republika Arena”da olacaqsa, “Qarabağ” “Səbail”lə 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda üz-üzə gələcək.

Qeyd edək ki, Premyer Liqanın bərpasının hazırlığı çərçivəsində ilk yoxlama görüşündə “Qarabağ” “Sabah”ı darmadağın edib (5:0), “Zirə” “Səbail”lə bərabərə qalıb (2:2).