14:34 11-06-2020
news_image
164
FUTBOL

Paytaxt klubunda yeni müqavilə - baş məşqçi ilə

“Latsio” rəhbərliyi baş məşqçisi Simone İnzaginin komandada qalmasını istəyir.

Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 44 yaşlı mütəxəssisə yeni müqavilə təklif edib.

Tərəflər arasında artıq ilkin razılıq da edilib. Anlaşmaya əsasən, İnzagi gələn ilin yayına qədər olan sözləşmə müddətini daha 2 il uzadacaq. Çalışdırıcının bundan sonrakı illik məvacibi isə 2,5 milyon avro təşkil edəcək. Komanda İtaliya çempionu olarsa, İnzaginin maaşı avtomatik olaraq 3 milyon avroya yüksələcək.

Qeyd edək ki, “Latsio” A seriyasında 26 turdan sonra ikinci pillədə qərarlaşır və lider “Yuventus”dan 1 xal geri qalır. Simone İnzagi isə 2016-cı ildən komandaya rəhbərlik edir.