15:39 11-06-2020
news_image
106
FUTBOL

1 milyardlıq itki – Premyer Liqa klublarında

Koronavirus pandemiyası səbəbindən İngiltərə Premyer Liqasının dayandırılması klublara ciddi maliyyə problemi yaradacaq.

Apasport.az saytının məlumatına görə, “Deloitte” tərəfindən aparılan araşdırmaya əsasən, elitanın 20 klubu ümumilikdə 1 milyard funt-sterlinqlik gəlirdən məhrum olacaq.

Ötən mövsümün ümumi gəlirləri 7 faiz artımla 5,2 milyard funt-sterlinq olmuşdusa, cari mövsümün dayandırılması, həmçinin qalan 92 matçın tamaşaçısız keçirilməsi qərarı klublara maddi ziyan vuracaq. “Mançester Yunayted” ötən ay klubun 28 milyon funt-sterlinq itirdiyini və bu məbləğin daha da artacağını açıqlamışdı.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının bərpası iyunun 17-də reallaşacaq.