17:52 11-06-2020
news_image
2804
TOKİO-2020

Azərbaycan Milli Olimpiya Komitəsinə pul ayırdı - ANOC

Milli Olimpiya Komitələri Assosiasiyası (ANOC) koronavirus pandemiyası səbəbindən milli olimpiya komitələrinə maliyyə yardımı edəcək.

Apasport.az saytının məlumatına görə, ANOC Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək ölkələrə hazırlıq prosesi üçün ümumilikdə 11 milyon 650 min dollar pul vəsaiti ayırıb.

Həmin məbləğ 206 milli olimpiya komitəsi arasında bərabər bölünəcək. Bu isə o deməkdir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin payına 56 min 550 dollar düşəcək.

Qeyd edək ki, Tokio-2020-də gələn il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.