18:00 11-06-2020
news_image
164
FUTBOL

Çinli hücumçunu istəyir - Dadaşovun klubu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton” yeni forvard axtarışına çıxıb.

Apasport.az saytının məlumatına görə, mövsümün sonunda qolçusu Raul Ximenesi satması gözlənilən Premyer Liqa təmsilçisi “Espanyol”lu U Leyə elçi düşüb.

“Vulverhempton” çinli forvardın transferi üçün ispaniyalılarla danışığa başlayıb. Futbolçu özü Barselona təmsilçisində qalmaq istəsə də, ingilislər 28 yaşlı oyunçu üçün “Espanyol”a sərfəli təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, U Ley cari mövsüm 38 matçda iştirak edib, 7 qol, 1 assitlə yadda qalıb.