22:51 11-06-2020
news_image
138
FUTBOL

2 futbolçusunu razı sala bilmir - "Çelsi"

"Çelsi"nin iki futbolçusu Pedro Rodriges və Villian mövsüm başa çatmamış komandadan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, London klubu adıçəkilən oyunçuların müqavilə müddətini mövsümün sonuna qədər uzada bilmir.

Hücumameyilli futbolçular bu ayın sonuna qədər olan sözləşmələrini artırmaqda maraqlı deyillər. Onlar bunun üçün klubdan zəmanət tələb edir. Futbolçular bu müddətdə zədələnəcəkləri təqdirdə müqavilə müddətlərinin uzadılması şərtini qoyublar, lakin klub buna razılıq vermir.

Qeyd edək ki, Premyer Liqa təmsilçiləri anlaşması ayın sonuna qədər olan oyunçularla iyunun 23-nə qədər razılaşmalıdır.