23:15 11-06-2020
news_image
110
FUTBOL

Elçilər bəllidir - "Ayaks"ın qapıçısı üçün

"Ayaks"ın qapıçısı Andre Onana iki klubdan təklif alıb.

Apasport.az saytının məlumatına görə, PSJ və "Çelsi" 24 yaşlı qolkiperə elçi düşüb.

İngilislərin bu transfer üçün ilk təklifi 27 milyon funt-sterlinq olub. Lakin Paris təmsilçisinin daha yüksək məbləğ təklif etməsi gözlənilir. Kamerun millisinin üzvü Niderland təmsilçisində xoşbəxt olduğunu desə də, daha böyük kluba keçməyin əleyhinə deyil.

Qeyd edək ki, Andre Onananın "Ayaks"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.