10:02 12-06-2020
news_image
377
FUTBOL

Dabonun yolunu gözləyir – “Apollon”

Kipr klubu “Apollon” razılığa gəldiyi “Neftçi”nin futbolçusu Baqali Dabonun yolunu gözləyir.

Apasport.az saytının məlumatına görə, Kipr mətbuatı fransalı forvardın keçidini dəyərləndirib.

Həmkarlarımız Dabonun ölkəmizdə “Qəbələ” və “Neftçi”dəki çıxışını nəzərə alaraq, onun Limasol təmsilçisinə böyük xeyir verəcəyini düşünür. Yerli KİV hesab edir ki, 2017-ci ildə “Apollon”u tərk edən Fil Dişi Sahilidən olan Abraham Quyun gedişindən sonra klub axtardığı forvardı Dabonun timsalında tapıb.

32 yaşlı oyunçunun mövsümün sonuna qədər “Neftçi”yə kömək etməsi, ondan sonra yeni komandasına qoşulması gözlənilir.

Qeyd edək ki, “Neftçi” ilə müqavilə müddəti bu ayın sonuna qədər olan Baqali Dabo “Apollon”la 1+1 illik sözləşməni razılaşdırıb.