10:21 12-06-2020
news_image
179
FUTBOL

Daha bir argentinalını istəyir – “Barselona”

“Barselona” daha bir argentinalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “Veles Sarsfild”in yarımmüdafiəçisi Tiaqo Almada Kataloniya klubunun maraq dairəsinə düşüb.

Bunu Argentina klubunun meneceri Pablo Kavalyero da təsdiqləyib. O, 19 yaşlı pleymeykeri satmağın əleyhinə olmadıqlarını deyib: “Barselona” Almada ilə bağlı məlumat istədi. Onun hələ 19 yaşı var və inkişafa davam etməlidir. Əgər kluba və futbolçuya münasib təklif olsa, bunu dəyərləndirəcəyik”.

Transfer dəyəri 18 milyon avro olan Tiaqo Almada bu mövsüm “Veles Sarsfild”in heyətində 25 oyun keçirib, 5 qol, 2 assistlə yadda qalıb.

Qeyd edək ki, “Barselona” “İnter”in argentinalı hücumçusu Lautaro Martinesi də transfer etməyə yaxındır.