13:01 12-06-2020
news_image
170
FUTBOL

Ayrılıq - PSJ-də

PSJ hücumçusu Erik Maksim Çupo-Motinqlə yollarını ayırmaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, Kamerun millisinin üzvü Paris klubunu tərk edəcək.

Fransa çempionu müqavilə müddəti iyulun 1-dək olan 31 yaşlı oyunçuya yeni sözləşmə imzalanmayacağını bildirib. Bu isə o deməkdir ki, Çupo-Motinq həmin gündən azad agent statusu daşıyacaq.

Qeyd edək ki, Erik Maksim Çupo-Motinq cari mövsüm PSJ-nin heyətində keçirdiyi 17 oyunda 5 qola imza atıb.