13:39 12-06-2020
news_image
560
FUTBOL

“Bolonya”, “Spartak”, “Saraqosa” – “Qarabağ”a rəqiblər

“Qarabağ”ın transfer gündəmində olan Türkiyənin “Menemenspor” klubunun qapıçısı Gentian Selmani uğrunda mübarizə qızışıb.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, albaniyalı qolkiper son olaraq “Saraqosa”nın diqqət mərkəzinə düşüb.

22 yaşlı qapıçını artıq “Qarabağ”la yanaşı, “Saraqosa”, eyni zamanda “Bolonya”, “Olimpiakos” və Moskva “Spartak”ının heyətinə qatmaq niyyətində olduqları bildirilib.

Qeyd edək ki, Albaniya millisinin üzvü olan Gentian Selmaninin “Menemenspor”la müqavilə müddəti gələn ilin yayına qədərdir.