14:24 12-06-2020
news_image
135
FUTBOL

Transferi 72 saata açıqlayacaq – “Çelsi”

“Çelsi” yeni transferi Timo Vernerin keçidini tezliklə rəsmən təsdiqləməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, London klubu “Leypsiq”lə artıq hərtərəfli razılıq əldə edib.

Premyer Liqa klubunun bu transferi 72 saat ərzində açıqlaması gözlənilir. Bundesliqa təmsilçisi 24 yaşlı forvardın gedişindən 54 milyon funt-sterlinq qazanc götürəcək.

Qeyd edək ki, Timo Verner cari mövsüm 41 oyunda meydana çıxıb, 31 qol vurub, 13 məhsuldar ötürmə verib.