15:16 12-06-2020
news_image
127
FUTBOL

Müdafiəçisini satır – “Milan”

“Milan”ın müdafiəçisi Teo Ernandes yenidən klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, PSJ 22 yaşlı arxa xətt oyunçusunu almağı planlaşdırır.

Fransızlar onu komandadan ayrılacaq Leven Kurzavaya ən layiqli əvəzləyici qismində görürlər. Klublar arasında danışıqlar müsbət məcrada davam edir. Fransalının transferinin “Milan”a yüksək məbləğdə qazanc gətirəcəyi bildirilir.

Qeyd edək ki, Teo Ernandes “Milan”a ötən ilin yayında 20 milyon avro qarşılığında “Real”dan keçib.