16:27 12-06-2020
news_image
784
FUTBOL

Premyer Liqa ləğv olunur – klublara göndərilən məktub yayıldı

Peşəkar Futbol Liqası (PFL) bu gün klublara məktub göndərib.

Apasport.az saytının məlumatına görə, qurum Premyer Liqanın davam etdirilib-etdirilməməsi ilə bağlı sorğu keçirib.

Məktubda bildirilib ki, klublar hazırkı şərtlər altında çempionatı bitirib-bitirməməklə bağlı fikirlərini yazılı şəkildə PFL-ə göndərməlidirlər. Elita təmsilçilərinə qoyulan müddət bu gün saat 16:30-a qədər olub.

Buradan belə qənaətə gəlmək olar ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası səbəbindən həftəsonları tətbiq etdiyi ən sərt karantin rejimi ilə bağlı qərarı PFL-in Premyer Liqanı iyunun 21-də bərpa etmək istəyinin üstündən xətt çəkəcək. Çox güman ki, yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Məhz həmin toplantıda çempionatın erkən başa çatdırılması qərarının verilməsi ən real ehtimaldır.

Qeyd edək ki, PFL-in klublara göndərdiyi məktubu sportinfo.az saytı yayıb.