17:54 12-06-2020
news_image
128
FUTBOL

Menecerliyə başladı - Totti

“Roma”nın əfsanəvi kapitanı Françesko Totti yeni sahədə özünü qınamaq qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, gənc mütəxəssis bundan sonra menecer kimi fəaliyyət göstərəcək.

İtaliya millisinin sabiq üzvü menecerlik şirkəti açıb və artıq ilk müştərisi də bəllidir. Totti “İnter”in 16 yaşlı futbolçusu Simone Bonavita ilə müqavilə imzalayıb. Gənc yarımmüdafiəçi barədə qərarları Totti verəcək.

Qeyd edək ki, Françesko Totti futbolçu karyerası ərzində yalnız “Roma” klubunun (1992-2017) formasını geyinib.