00:02 13-06-2020
news_image
278
FUTBOL

Super Liqada bərpa olundu: "Fənərbaxça" və "Trabzonspor" azlıqda qalib gəldi

Türkiyədə futbolsuz günlərə son qoyulub.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası səbəbindən martda dayandırılan Super Liqada 87 günlük fasilədən sonra ilk matçlar keçirilib.

Bu gün XXVII turun ilk iki qarşılaşması oynanılıb. Uğursuz mövsüm keçirən iki komandanın duelində "Fənərbaxça" öz meydanında autsayder "Kayserispor"la qarşılaşıb. Fasilədən sonra qonaqlar hesabı açıb. Üstəlik, azlıqda mübarizə aparan "sarı-lacivərdlilər" son dəqiqələrdə ardıcıl 2 qolla əzmkar qələbə qazanıb.

Lider "Trabzonspor" isə "Göztəpə"nin qonağı olub. "Bordo-mavililər" də ilk hissədə qırmızı vərəqə alıb. Ancaq Qara dəniz təmsilçisi 10 nəfərlə də qalib gələ bilib.

Qeyd edək ki, turun digər matçları 13-15 iyun tarixlərində keçiriləcək.

Türkiyə Super Liqası
XXVII tur
12 iyun
"Fənərbaxça" - "Kayserispor" - 2:1

Muriqi, 86; Luiz Qustavo, 88 - Mensa, 59
"Göztəpə" - "Trabzonspor" - 1:3
Öztürk, 57 (pen.) - Nvakaema, 16; Ekuban, 52 (pen.); Emir, 84 (avtoqol)

1

 Trabzonspor

27

16

8

3

62-29

56

2

 Başakşəhər

26

15

8

3

50-25

53

3

 Qalatasaray

26

14

8

4

44-20

50

4

 Sivasspor

26

14

7

5

47-29

49

5

 Beşiktaş

26

13

5

8

40-32

44

6

 Alanyaspor

26

12

7

7

44-25

43

7

 Fənərbaxça

27

12

7

8

48-35

43

8

 Göztəpə

27

10

7

10

32-33

37

9

 Qaziantep

26

8

8

10

36-41

32

10

 Dənizlispor

26

8

7

11

26-34

31

11

 Antalyaspor

26

7

9

10

29-43

30

12

 Gənclərbirliyi

26

7

7

12

33-44

28

13

 Kasımpaşa

26

7

5

14

38-50

26

14

 Konyaspor

26

5

11

10

21-33

26

15

 Yeni Malatyaspor

26

6

7

13

38-40

25

16

 Çaykur Rizəspor

26

7

4

15

26-44

25

17

 Ankaragücü

26

5

8

13

23-45

23

18

 Kayserispor

27

5

7

15

29-64

22