01:11 13-06-2020
news_image
58
FUTBOL

"Bavariya"da itki - əməliyyat olundu

"Bavariya"nın yarımmüdafiəçisi Tiaqo Alkantara əməliyyat olunub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu qasıq nahiyəsindən əməliyyat keçirib.

Almaniya kubokunun yarımfinal mərhələsində "Ayntraxt"la (2:1) qarşılaşmada zədələnən İspaniya millisinin üzvünün təxminən 3 həftə komandadan ayrı qalacağı açıqlanıb. Onun "Bayer"lə keçiriləcək final qarşılaşmasına qədər hazır olması gözlənilir.

Qeyd edək ki, Almaniya kubokunun final görüşü iyulun 4-də baş tutacaq.