01:26 13-06-2020
news_image
171
FUTBOL

"Yuventus" transferə çıxardı - Remsini

"Yuventus" yarımmüdafiəçisi Aaon Remsini transferə çıxarıb.

Apasport.az saytının məlumatına görə, Turin klubu Uels millisinin üzvünün xidmətində maraqlı deyil.

"Qoca sinyora" mövsümün sonunda Remsini satmaq qərarına gəlib. Buna əsas səbəb 30 yaşlı orta sahə oyunçusunun həftəlik 400 min funt-sterlinq maaş almasıdır. "Yuve" hətta futbolçu ilə maraqlanan "Mançester Yunayted"lə də danışığa razılıq verib. Lakin "qırmızı şeytanlar" futbolçuya həmin maaşı vermək iqtidarında deyil.

Qeyd edək ki, Aaron Remsi "Yuventus"a ötən il azad agent kimi "Arsenal"dan keçib.