20:58 13-06-2020
news_image
189
FUTBOL

“Sabah” "Zirə"yə qalib gəldi - YENİLƏNİB

Azərbaycan Premyer Liqasının bərpa olunacaq hissəsinə hazırlaşan “Sabah”la “Zirə” arasında yoxlama oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, Bakı klublarının dueli paytaxtdakı “Bank Respublika Arena”da baş tutub.

Matçın taleyini bir qol həll edib. 90-cı dəqiqədə rəqib qapısına yol tapan Ceyhun Nuriyev “Sabah”a minimalhesablı qələbə qazandırıb.

Qeyd edək ki, bu, hər iki komandanın bərpadan sonrakı ikinci yoxlama matçı olub. "Zirə" "Səbail"lə qollu bərabərə qalıb (2:2), "Sabah" isə "Qarabağ"a böyük hesabla (0:5) uduzub.

Yoxlama görüşü
13 iyun
19:00. “Sabah” - “Zirə” – 1:0

Ceyhun Nuriyev, 90
“Bank Republika Arena”