
01:55
"Yuventus"un hücumçusu Qonsalo İquain "Marsel"ə keçə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun idman direktoru Fabritsio Ravanelli deyib
Futbolçu karyerası ərzində hər iki klubun formasını geyinmiş Ravanelli argentinalının keçidinə çalışdıqlarını söyləyib: "İquainin bizə gəlib-gəlməyəcəyini bilmirəm. O, Çempionlar Liqasında "Marsel" üçün vacib rol oynaya bilər. "Yuventus" dan ayrılması mümkündür. İcarəyə götürməyimiz də mümkündür".
Qeyd edək ki, Qonsalo İquain "Yuventus"a 2016-cı ildə 90 milyon avro qarşılığında "Napoli"dən keçib.