13:34 13-06-2020
news_image
204
FUTBOL

Tərlan Əhmədov özünü yığışdırsın - “Keşlə”nin futbolçularından tələb

“Keşlə”nin legionerləri yeni tələb irəli sürüblər.

Apasport.az saytının məlumatına görə, əcnəbi futbolçular mövsümün qalan bölümündə meydana çıxmaq istəmirlər.

Əgər Premyer Liqa bərpa olunarsa, onların oynamaymaq ehtimalı yüksəkdir. Legionerlər bununla bağlı klub rəsmilərinə də xəbərdarlıq edib. Əcnəbilər bunu 2 səbəblə əlaqələndiriblər.

Birincisi, iyun-iyul aylarını pulsuz keçirmək fikirləri yoxdur. Çempionat davam etdiriləcəksə, hər biri maaş və mükafatını gözləyir. İkincisi, Tərlan Əhmədovun münasibəti və işə yanaşması ürəklərincə deyil. Əksər yerli oyunçular kimi, əcnəbilər də baş məşqçinin ağır və monoton hazırlıq prosesindən boğaza yığılıblar.

Üstəlik, çalışdırıcı kobud rəftarından əl çəkmir. İdarəçilərdən xahiş ediblər ki, onunla bu barədə danışsınlar, özünü yığışdırsın (sportinfo.az).