14:13 13-06-2020
news_image
229
FUTBOL

Maldini "Milan"a gətirir - fransalı müdafiəçini

"Milan" müdafiə xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, "Lion"un gənc futbolçusu Pyer Kalulu "rossonyerlər"ə transfer olunacaq.

Futbolçu ilə danışıqlar artıq müsbət yekunlaşıb və ilkin razılıq əldə olunub. 20 yaşlı sağ cinah oyunçusu mövsüm başa çatdıqdan sonra milanlılarla müqavilə imzalamalıdır. Bu transferdə "Milan"ın texniki direktoru Paolo Maldininin böyük rol oynadığı bildirilir.

"Lion" müqavilə müddəti başa çatan fransalıya yeni saziş təklif etsə də, oyunçu rədd cavabı verib.