20:16 13-06-2020
news_image
163
DİGƏR NÖVLƏR

“Formula-1” qayıdır - Portuqaliyaya

“Formula-1” üzrə dünya çempionatının iki mərhələsi Portuqaliyada keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, bununla da Pireney ölkəsi uzun fasilədən sonra ən nüfuzlu avtomobil yarışının təqviminə qayıdacaq.

“Alqarve” avtodromunda baş tutması gözlənilən mərhələlərdən biri sentyabrın 25-27-də təşkil olunacaq. Bu mərhələ Portuqaliya Qran-Prisi adlanacaq. Oktyabrın 4-dəki yarış isə Alqarve Qran-Prisi kimi tarixə düşəcək.

Qeyd edək ki, Portuqaliyadakı sonuncu “Formula-1” yarışı 1996-cı ildə Eştorildə baş tutub.