21:44 13-06-2020
news_image
107
FUTBOL

“Biz çempionatın davamını istəyirik” - Elmar Baxşıyev

“Futbolçulardan çox razıyıq. Çünki bu ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Bunu məşq prosesində də hiss edirik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin məşqçisi Elmar Baxşıyev deyib. 

40 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının davam etdiriləcək hissəsinə hazırlıq çərçivəsində “Neftçi” ilə keçirilən  yoxlama oyununu (1:2) şərh edib: “İnanıram ki, getdikcə komanda daha məzmunlu futbol göstərib əvvəlki oyununu qaytaracaq. Çempionatın keçirilməsinin tərəfdarıyam. İdman prinsipləri var. Hansı komanda layiqli yeri tutacaqsa, ölkəmizi avrokubokda təmsil etsin. Biz komanda olaraq çempionatın davamını istəyirik. Merab Qiqaurinin yüngül zədəsi var. Risk edib onu iki matçda oynatmaq istəmədik. O, müqavilə ilə bizə məxsusdur. Qarşıdakı görüşlərdə onun köməyi dəyəcək. Oyun hər şeydən üstündür. Məşq prosesi də aparıb oyuna çıxarır. “Neftçi” iyunun 13-də oynamağı təklif etdi və bunun üzərində dayandıq”.