22:03 13-06-2020
news_image
117
FUTBOL

Zaur Həşimov hazırlıq üçün daha 1 həftə istəyir

"Yaxşı ilk hissə keçirdik. Bu gün daha istəkli idik".

Apasport.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Zaur Həşimov "Sabah"la keçirilən yoxlama görüşü haqda danışarkən deyib.

Komandasının 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra fikirlərini bildirən gənc mütəxəssis yetirmələrindən razılıq bildirib.

O, qol şanslarından yararlanmamalarından gileylənib: "3 qol epizodumuz da oldu, bundan istifadə edə bilmədik. 58-ci dəqiqədən əvəzləmələrə başladıq. Ümumi götürsək, ikinci hissədən də narazı qalmadım. Sadəcə, bir anlıq konsentrasiyanı itirməyimiz ucbatından rəqib qol vurdu. Uşaqların tapşırıqlarımı yerinə yetirməsi sevindiricidir. Daha bir həftəmiz olsaydı, hazırlıq baxımından daha yaxşı səviyyədə olardıq".